Surə 35 · Cüz 22

Fatir · 35:43

اسْتِكْبَارًا فِي الْأَرْضِ وَمَكْرَ السَّيِّئِ ۚ وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ ۚ فَهَلْ يَنْظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ ۚ فَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا ۖ وَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا

43. Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələ­rinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yara­maz hiylələr isə ancaq öz sa­hib­lə­rini qap­layar. Onlar əv­vəl­kilərin baş­la­rı­na gə­lən aqibət­dən başqasınımı göz­lə­yirlər? Sən Allahın qayda-qa­nu­nu­na heç bir əvəz tapa bil­məzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməz­sən.

Təfsir

Onların Allaha and möhkəm içməsi, gözəl niyyət və salamat məqsədlə yox, əksinə, yer üzündə təkəbbürlük göstərmək və insanları aldatmaq üçün idi. Yara­maz hiylələr isə ancaq öz hiyləgər sahiblər­ini qap­layar. Yoxsa təkəbbürlü hiyləgərlər Allahın sabit qanunu üzrə əv­vəl­kilərin baş­ı­na gə­lən müsibətləri, əvvəlkilərin həlak olduğu kimi özlərinin həlak olmağını göz­lə­yirlər?! Sən təkəbbürlülərin həlak olmasına dair, Allahın qayda-qanununda heç bir əvəz tapa bilməzsən. Belə ki, bu bəlanın qarşısı alınmaz. Həmçinin, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Belə ki, bu bəla onlardan ötüşüb, başqasını yaxalamaz. Çünki bu, dəyişməyən ilahi bir qayda-qanundur.

Oxuyucuda aç - Surəni tam oxu