Surə 35 · Cüz 22
Fatir · 35:42
وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَهُمْ نَذِيرٌ لَيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى الْأُمَمِ ۖ فَلَمَّا جَاءَهُمْ نَذِيرٌ مَا زَادَهُمْ إِلَّا نُفُورًا
42. Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan bir peyğəmbər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.
Təfsir
Haqqı yalan sayan o kafirlər möhkəm and içdilər ki, əgər özlərinə Allah tərəfindən Onun əzabı ilə qorxudan bir peyğəmbər gəlsə,yəhudilərdən, nəsranilərdən və digərlərindən daha çox doğru yolda olacaq və daha çox haqqa tabe olacaqlar. Muhəmməd (səllallahu aleyhi və səlləm) öz Rəbbi tərəfindən onlara peyğəmbər olaraq gəlib, onları Allahın əzabı ilə qorxutduqda isə, bu gəliş ancaq onların haqdan uzaqlaşmasını və batilə sarılmasını bir qədər də artırdı. Onlar əvvəlki ümmətlərdən daha çox doğru yolda olacaqlarıına dair verdikləri möhkəm andlarını yerinə yetirmədilər.