Surə 35 · Cüz 22

Fatir · 35:39

هُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ فِي الْأَرْضِ ۚ فَمَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِلَّا مَقْتًا ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا

39. Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əley­hi­nə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qə­zə­bi artırar. Kafir­lə­rin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz.

Təfsir

Ey insanlar, yer üzündə sizin nə əməllər edəcəyinizi sınamaq üçün bəzilərinizi digərlərinizin xələflər edən Odur. Kim Allaha və Onun peyğəmbərlərinin gətrdikləri haqqa küfr edərsə, onun küfrünün günahı və onun cəzası öz əley­hi­nə olar, onun küfrü Rəbbinə heç bir zərər yetirməz. Kafirlərin küfrü onların pak və müqəddəs Rəbbi yanında ancaq onlara olan qə­zə­bi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz. Belə ki, onlar iman gətirəcəkləri təqdirdə Allahın Cənnətdə möminlər üçün hazırladığı nemətləri itirdiklərinə görə ziyayana uğramışlar.

Oxuyucuda aç - Surəni tam oxu