Surə 35 · Cüz 22
Fatir · 35:40
قُلْ أَرَأَيْتُمْ شُرَكَاءَكُمُ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ أَمْ آتَيْنَاهُمْ كِتَابًا فَهُمْ عَلَىٰ بَيِّنَتٍ مِنْهُ ۚ بَلْ إِنْ يَعِدُ الظَّالِمُونَ بَعْضُهُمْ بَعْضًا إِلَّا غُرُورًا
40. De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər.
Təfsir
Ey Peyğəmbər, o müşriklərə de: “Mənə bir deyin görüm, Allahdan başqa ibadət etdiyiniz şəriklər yer üzündə nəyi yaradıblar? Dağları onlarmı yaradıblar? Bəlkə çayları onlar yaradıblar? Yaxud heyvanları onlar yaradıblar? Yoxsa onların göylərin yaradılmasında Allahla bir şərikliyi var? Yaxud onlara elə bir kitab vermişik ki, içində onların şəriklərinə ibadət etmələrinin doğru olduğunu isbat edən dəlil vardır? Bu deyilənlərdən heç birinin onlara aidiyyatı yoxdur. Əksinə, küfr və asiliklər etməklə özlərinə zülm etdən kimsələr bir-birilərinə ancaq yalan vəd verirlər.