Surə 35 · Cüz 22
Fatir · 35:38
إِنَّ اللَّهَ عَالِمُ غَيْبِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
38. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini biləndir. O, kökslərdə olanları da bilir.
Təfsir
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini biləndir. Budan heç bir şey Ona gizli qalmaz. Həqiqətən, O, Öz qullarının kökslərində gizlətdikləri xeyir və şəri bilir.