Surə 35 · Cüz 22
Fatir · 35:31
وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ مِنَ الْكِتَابِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ ۗ إِنَّ اللَّهَ بِعِبَادِهِ لَخَبِيرٌ بَصِيرٌ
31. Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici kimi gələn haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir.
Təfsir
Ey Peyğəmbər, sənə vəhy etdiyimiz Kitab, içində şübhə olmayan haqdır. O kitab ki, Allah onu əvvəlki kitabları təsdiqləmək üçün nazil etmişdir. Həqiqətən, Allah Öz qullarından xəbərdardır, görəndir. O, hər bir ümmətin rəsuluna onların yaşadığı zaman uyğun vəhylər nazil etmişdir.