Surə 35 · Cüz 22
Fatir · 35:32
ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا ۖ فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ وَمِنْهُمْ مُقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ
32. Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.
Təfsir
Sonra, Biz ümmətlər arasından seçdiyimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) ümmətinə Quranı miras etdik. Onlardan kimisi haram işlər görməklə və vacibləri tərk etməklə özünə zülm edər, kimisi vacibləri yerinə yetirməklə və haram işlərdən çəkinməklə, habelə, bununla yanaşı bəzi müstəhəbləri tərk etməklə və bəzi məkruhları etməklə orta yol tutar, kimisi də Allahın izni ilə vacibləri və müstəhəbləri yerinə yetirməklə, habelə, haram və məkruh işlərdən çəkinməklə xeyirli işlərdə öndə gedər. Bu deyilənlər, - bu ümmətin seçilməsi və Quranın onlara verilməsi, - bənzəri olmayan böyük lütfdür.