Surə 35 · Cüz 22

Fatir · 35:30

لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُمْ مِنْ فَضْلِهِ ۚ إِنَّهُ غَفُورٌ شَكُورٌ

30. Allah onlara mükafatla­rı­nı tam olaraq versin, üstəlik də on­la­ra Öz lüt­fünü artırsın. Hə­qiqətən, O, Bağış­la­yandır, şü­kürün əvə­zini verəndir.

Təfsir

Belə edirlər ki, Allah onlara əməllərinin mükafatla­rı­nı tam olaraq versin, üstəlik, on­la­ra Öz lüt­fündən artırsın. Belə ki, yalnız O buna qadirdir. Hə­qiqətən, pak və müqəddəs Allah, bu xislətləri özündə cəm edən kimsələri bağış­la­yandır, onların yaxşı əməllərinin şükrünün əvə­zini verəndir.

Oxuyucuda aç - Surəni tam oxu