Surə 35 · Cüz 22

Fatir · 35:2

مَا يَفْتَحِ اللَّهُ لِلنَّاسِ مِنْ رَحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ مِنْ بَعْدِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

2. Allah insanlara mərhə­mə­tindən nəyi nəsib edərsə, heç kəs onun qarşı­sı­nı ala bil­məz. Onun göndərmədiyi bir şeyi də Ondan baş­qa heç kəs verə bil­məz. O, Qüdrətlidir, Hikmət sahibidir.

Təfsir

Hər bir şeyin açarı Allahın əlindədir. Allahın insanlara bəxş etdiyi ruzinin, hidayətin, səadətin və s. bu kimi nemətlərin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, yenilməz qüdrət sahibidir, üstəlik, yaratmaq, hər şeyin müqəddəratını əzəldən müəyyən etmək və işləri idarə etmək xüsusunda Hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu