Surə 35 · Cüz 22

Fatir · 35:3

يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

3. Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz!

Təfsir

Ey insanlar! Allahın sizə bəxş etdiyi nemətləri qəlbinizlə, dilinizlə və əməl etdiyiniz əzalarınızla xatırlayıb yada salın. Allahdan başqa sizə göydən yağış endirərək və yerdən meyvələr və dənli bitkilər və s. bu kimi nemətləri yetişdirərək ruzi verən bir xaliq varmı?! Ondan başqa ibadətə haqqı olan məbud yoxdur. Bütün bunlardan sonra siz necə bu haqdan döndərirsiniz, Allaha qarşı iftira yaxırsınız və Allah sizi yaratdığı və sizə ruzi verdiyi halda Onun şərikləri olduğunu iddia edirsiniz!

Oxuyucuda aç - Surəni tam oxu