Surə 35 · Cüz 22

Fatir · 35:1

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۚ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

1. Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dördqa­nad­lı el­çi­lər edən Alla­ha məxsusdur! O, xəlq etdiklərindən is­tə­diyini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir.

Təfsir

Həmd, göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq edən Alla­ha məxsusdur! O Allah ki, mələklərdən, əzəldən qədərə yazılmış əmrləri yerinə yetirmək və peyğəmbərlərə vəhyi çatdırmaq üçün elçilər seçmiş, üstəlik, onlara özlərinə həvalə edilmiş əmanəti ödəmək üçün qüvvət vermişdir. Onlardan bəzisi iki, bəzisi üç, bəzisi də dördqa­nad­lıdır. Onlar bu qanadlarla uçub Rəbbinin əmrlərini yerinə yetirirlər. Allah yaratdıqlarından dilədiyinin əzasını, yaxud gözəlliyini yaxdu da səsini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir, heç kəs Onu aciz edə bilməz.

Oxuyucuda aç - Surəni tam oxu