Surə 35 · Cüz 22
Fatir · 35:14
إِنْ تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ
14. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.
Təfsir
Əgər siz öz məbudlarınızı çağırsanız, onlar sizin duanızı eşitməzlər, çünki onlar canı və eşitmə orqanı olmayan bir əşyadırlar. Tutaq ki, duanızı eşitdilər, yenə sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin onları Allaha şərik qoşduğunuzu və onlara ibadət etdiyinizi danacaqlar. Ey Peyğəmbər, heç kəs pak və müqəddəs Allah kimi sənə doğru xəbər verə bilməz.