Surə 35 · Cüz 22
Fatir · 35:13
يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۚ وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ مَا يَمْلِكُونَ مِنْ قِطْمِيرٍ
13. O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
Təfsir
Allah gecəni gündüzə qatıb onun vaxtını uzadır, habelə, gündüzü də, gecəyə qatıb onun vaxtını uzadır. Pak və müqəddəs Allah günəşi və ayı ram etmişdir. Onların hər biri Allahın bildiyi, əvvəlcədən müəyyən edilmiş qiyamət vaxtınadək hərəkət edir. Bunların müqəddəratını təyin edən və onları idarə edən, sizin Rəbbiniz olan Allahdır. Mülk yalnız Ona məxsusdur. Sizin Ondan başqa ibadət etdiyiniz bütlər xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. Belə olduğu təqdirdə, siz Məni qoyub, necə onlara ibadət edirsiniz?!