Surə 35 · Cüz 22
Fatir · 35:12
وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِنْ كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
12. İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
Təfsir
İki dəniz eyni deyil. Birinin suyu olduqca şirin və şirinliyinə görə içməyə rahat, digərininki isə duzlu və acıdır, olduqca duzlu olduğuna görə içmək üçün yararsıdır. Zikr olunan bu iki dənizin hər birindən təzə balıq yeyir, zinət əşyası olaraq taxdığınız inci və mərcan çıxarırsınız. Ey müşahidə edən kəs, sən gəmilərin irəli-geri ləngər vura-vura üzüb dənizi yardığını görürsən. Bütün bunlar ticarət edib Allahın lütfünü axtarıb tapmağınız üçündür ki, bəlkə Allahın sizə bol nemətlər verdiyinə görə Ona şükür edəsiniz.