Surə 35 · Cüz 22

Fatir · 35:11

وَاللَّهُ خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنْثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَمَا يُعَمَّرُ مِنْ مُعَمَّرٍ وَلَا يُنْقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

11. Allah sizi torpaqdan, son­ra nüt­fədən yaratmış, sonra da sizi cüt­ləş­dir­mişdir. Onun xə­bəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını ye­rə qoya bilər. Uzunömürlü­nün uzun ömür sür­mə­si də, onun ömrünün qı­sal­dılması da ancaq açıq-aydın Yazıda (Lövhi-məhfuzda) ya­zıl­mışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.

Təfsir

Allah atanız Adəmi torpaqdan, sonra sizi nütfədən yaratmış, sonra da sizi bir-biri ilə evlənən kişi və qadınlar yaratmışdır. Pak və müqdəddəs Allahın xəbəri olmadan heç bir qadın nə hamilə olar, nə də daşıdığını yerə qoyar, bunlardan heç bir şey Ondan gizli qalmaz. Onun yaratdıqlarından hər hansı birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, lövhi-məhfuzda yazılmışdır. Həqiqətən, bu zikr edilənlər - sizin torpaqdan yaradılmağınız və mərhələ-mərhələ xəlq edilməyiniz, habelə, ömrünüzün lövhi-məhfuzda yazılması Allah üçün asandır.

Oxuyucuda aç - Surəni tam oxu