Surə 35 · Cüz 22
Fatir · 35:10
مَنْ كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ ۚ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَمَكْرُ أُولَٰئِكَ هُوَ يَبُورُ
10. Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır.
Təfsir
Kim bu dünyada və ya axirətdə izzətli olmaq istəsə, qoy bunu yalnız Allahdan istəsin. Çünki dünyada da, axirətdə də, izzət yalnız Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu yüksəldən insanların saleh əməlləridir. Peyğəmbəri (səllallahu aleyhi və səlləm) qətlə yetirməyə cəhd göstərmək kimi pis hiylələr quran kimsələri şiddətli əzab gözləyir. O kafirlərin qurduqları hiylələr batil olub, puça çıxacaq və onların istəyi baş tutmayacaqdır.