Surə 35 · Cüz 22
Fatir · 35:15
۞ يَا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ ۖ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
15. Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.
Təfsir
Ey insanlar! Siz hər bir işinizdə və hər bir halınızda Allaha möhtacsınız. Allah isə zəngindir heç bir şeydə sizə möhtac deyil, üstəlik, dünyada və axirətdə Öz qulları üçün hazırladığı nemətlərə görə Tərifəlayiqdir.