Surə 34 · Cüz 22
Saba · 34:44
وَمَا آتَيْنَاهُمْ مِنْ كُتُبٍ يَدْرُسُونَهَا ۖ وَمَا أَرْسَلْنَا إِلَيْهِمْ قَبْلَكَ مِنْ نَذِيرٍ
44. Hərçənd ki, Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir xəbərdarlıq edən göndərməmişdik.
Təfsir
Halbuki Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik ki, bu kitab onlara Quranın yalan olduğunu və Muhəmmədin onu özündən uydurduğunu bildirsin. Ey Peyğəmbər, səni elçi göndərməmişdən əvvəl onları Allahın əzabı ilə qorxudan bir elçi göndərməmişdik.