Surə 34 · Cüz 22
Saba · 34:43
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالُوا مَا هَٰذَا إِلَّا رَجُلٌ يُرِيدُ أَنْ يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُكُمْ وَقَالُوا مَا هَٰذَا إِلَّا إِفْكٌ مُفْتَرًى ۚ وَقَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ
43. Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!”– deyərlər. Onlar: “Bu, uydurulmuş yalandan başqa bir şey deyil!”– deyərlər. Kafirlərə haqq gəldikdə onun barəsində: “Bu yalnız açıq-aydın bir sehrdir!”– deyərlər.
Təfsir
Rəsulumuza nazil olan, açıq-aydın, içində heç bir şəkk-şübhə olmayan ayələrimiz, yalan sayan o müşriklərə oxunduğu zaman dedilər: “Bu, öz təbliğatı ilə ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!” Onlar dedilər: “Bu Quran, Allaha qarşı uydurulmuş yalandan başqa bir şey deyil!” Allah küfr edən kimsələrə Allah tərəfindən Quran gəldikdə onun barəsində dedilər: “Bu, ər ilə arvadın, habelə, oğul ilə atanı bir-birindən ayırmaq üçün olan açıq-aydın bir sehrdir!"