Surə 34 · Cüz 22
Saba · 34:42
فَالْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ النَّارِ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ
42. Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bilərsiniz. Biz zalımlara: “Dadın yalan saydığınız Cəhənnəm əzabını!”– deyəcəyik.
Təfsir
Məhşər və haqq-hesaba çəkilmə günü ibadət edilən (tanrılar) dünyada ikən Allahı qoyub onlara ibadət edənlərə nə fayda verər, nə də zərər vura bilərlər. Küfr və asilk etməklə özlərinə zülm edən kimsələrə deyəcəyik: “Dünyada yalan saydığınız Cəhənnəm əzabını dadın!”