Surə 34 · Cüz 22

Saba · 34:45

وَكَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَمَا بَلَغُوا مِعْشَارَ مَا آتَيْنَاهُمْ فَكَذَّبُوا رُسُلِي ۖ فَكَيْفَ كَانَ نَكِيرِ

45. Onlardan əvvəlkilər də el­çiləri­mi­zi yalançı hesab et­miş­dilər. Müş­riklər onlara ver­dik­lərimizin onda birini belə əldə etməmişlər. La­kin onlar Mə­nim el­çilərimi yalançı say­dılar. Görəy­din, Mə­nim on­ları həlak etməyim necə oldu!

Təfsir

Onlardan əvvəlki ümmətlər - Ad, Səmud və Lut qövmləri də haqqı yalan saymışdılar. Sənin qövmündən olan müşriklər güc-qüvvət, mal-dövlət və say baxımından əvvəlki ümmətlərin əldə etdiyinin heç onda birini belə əldə etməmişlər. Onlardan hər biri özlərinə göndərilmiş elçini yalançı say­dı. Beləliklə də, özlərinə verilmiş mal-dövlət, güc-qüvvət və say çoxluğu onlara fayda vermədi və Mənim əzabım onları yaxaladı. Ey Peyğəmbər, bir görəy­din, Mənim on­ları həlak etməyim və onları cəzalandırmağım necə oldu!

Oxuyucuda aç - Surəni tam oxu