Surə 34 · Cüz 22
Saba · 34:4
لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۚ أُولَٰئِكَ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
4. Bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və bolluca ruzi vardır.
Təfsir
Allaha iman gətirib yaxşı işlər görən kimsələri mükafatlandırması üçün əvvəlcədən lovhi-məhfuzda yazıb qeyd etmişdir. Bu xislət sahibləri - məhz belələrinin günahlarını Allah bağışlayacaq, onların etdikləri günahlara görə onları cəzalandırmayacaq və onlara bol ruzi - qiyamət günü Cənnət bəxş edəcəkdir.