Surə 34 · Cüz 22

Saba · 34:3

وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَلَا أَصْغَرُ مِنْ ذَٰلِكَ وَلَا أَكْبَرُ إِلَّا فِي كِتَابٍ مُبِينٍ

3. Kafirlər: “O Saat (Qiyamət günü) bizə gəl­məyə­cək­!”– dedilər. De: “Xeyr, qey­bi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haq­­la­ya­caqdır. Göy­lərdə və yerdə zərrə qədər olan bir şey də On­dan gizli qal­maz. Bun­dan da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın Ya­zı­da olmasın”.

Təfsir

Allaha küfr edən kimsələr dedilər: “Qiyamət saatı heç vaxt bizə gəlməyə­cək­!” Ey Peyğəmbər, de: “Xeyr, Allaha and olsun ki, yalan saydığınız o saat sizi mütləq haq­­la­ya­caqdır. Lakin onun vaxtını yalnız Allah bilir. Məhz Allah qeybə aid olan qiyamət saatını və başqa bu kimi qeyb məsələlərini bilir. Göy­lərdə və yerdə qarşıqadan kiçik belə bir şey On­dan gizli qal­maz. Bu deyiləndən da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın kitabda - içində qiyamət gününədək baş verəcək hər bir şey haqqında yazılmış lovhi-məhfuzda qeyd edilmiş olmasın.”

Oxuyucuda aç - Surəni tam oxu