Surə 34 · Cüz 22
Saba · 34:2
يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ الرَّحِيمُ الْغَفُورُ
2. O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır.
Təfsir
O, yerə daxil olan suyu və toxumları və oradan çıxanı bitkiləri və s. habelə, göydən enən yağışı, mələkləri və ruzini, eləcə də, oraya qalxan mələkləri, qullarının əməllərini və ruhlarını bilir. O, Öz mömin qullarına qarşı Rəhmlidir, Ona tövbə edən kimsələrin günahlarını Bağışlayandır.