Surə 34 · Cüz 22
Saba · 34:5
وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مِنْ رِجْزٍ أَلِيمٌ
5. Ayələrimizi qüvvədən salmağa cəhd göstərənləri isə ən pis, ağrılı-acılı əzab gözləyir.
Təfsir
Allahın nazil etdiyi ayələri batil etməyə cəhd göstərib ayələr barədə: "Bu bir sehrdir", habelə, rəsulumuz haqqında da: "O, kahindir, sehrbazdır, şairdir"- deyənlər - bu xislətlərə sahib olanlar qiyamət günü ən pis və ən şiddətli əzaba düçar olacaqlar.