Surə 34 · Cüz 22
Saba · 34:13
يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِنْ مَحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَاسِيَاتٍ ۚ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّكُورُ
13. Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır.
Təfsir
O cinlər Süleyman üçün istədiyi ibadətgahlar, qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Biz onlara belə buyurduq: Ey Davud ailəsi, Allahın sizə verdiyi nemətlərə şükür etmək üçün yaxşı işlər görün. Verdiyim nemətlərə görə qullarımdan şükür edənlər azdır.