Surə 34 · Cüz 22

Saba · 34:14

فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنْسَأَتَهُ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَنْ لَوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ

14. Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə an­caq onun əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, əgər onlar qeybi bil­səy­­dilər, alçal­dıcı əza­ba məruz qalmazdı­lar.

Təfsir

Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə onun söykəndiyi əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, onlar qeybi bilmirlər. Əgər qeybi bil­səy­­dilər, alçal­dıcı əza­b içində qalmazdı­lar. Belə ki, həmin vaxt onlar Süleyman (aleyhissəlam) üçün ağır işlər görür və onun sağ olduğunu, onlara nəzarət etdiyini güman edirdilər.

Oxuyucuda aç - Surəni tam oxu