Surə 34 · Cüz 22

Saba · 34:12

وَلِسُلَيْمَانَ الرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ ۖ وَمِنَ الْجِنِّ مَنْ يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِ ۖ وَمَنْ يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِيرِ

12. Səhər bir aylıq məsafəni qət edən, günorta­dan sonra ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qis­mi onun qa­bağında işləyirdi. On­lardan hər kim, Süleymana itaət et­mə­yib əm­rimizdən çıxır­dısa, onu Cə­hən­nəm oduna düçar edir­dik.

Təfsir

Səhər bir aylıq məsafəni qət edən, axşam ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi Davudun oğlu Süleymana (aleyhissəlam) ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq ki, misdən istədiyi şeyləri düzəltsin. Cinlərin bir qismini ona ram etdik ki, Rəbbinin əmri ilə onun hüzurunda işləyirdi. O cinlərdən hansı biri Bizim ona buyurduğumuzu yerinə yetirmirdisə, ona Cə­hən­nəm odunun əzabından daddırırdıq.

Oxuyucuda aç - Surəni tam oxu