Surə 31 · Cüz 21

Luqman · 31:15

وَإِنْ جَاهَدَاكَ عَلَىٰ أَنْ تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا ۖ وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ ۚ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

15. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məcbur etməyə cəhd gös­tər­sələr, onlara güzəş­tə get­mə! Dün­ya­da onlarla gözəl dav­ran. Mənə üz tutanların yolu ilə get! Son­ra isə dö­nü­şünüz Mə­nə olacaq, Mən də nə etdik­lə­riniz barədə sizə xə­bər ve­rəcə­yəm.

Təfsir

Əgər valideynlərin Allahdan başqasını Allaha şərik qoşmağın üçün sə­ni məcbur etməyə cəhd gös­tər­sələr, bu işdə onlara itaəət et­mə! Belə ki, Xaliqə asi olaraq məxluqa itaət etmək olmaz. Dün­ya­da onların qayğısına qal, onlarla daim əlaqə saxla və onlara yaxşılıq et. Yalnız Mənə ibadət və itaət edərək Mənə üz tutanların yolu ilə get! Son­ra Qiyamət günü hamınızın dö­nü­şü Mə­nim hüzuruma olacaq, Mən də sizə dünyada ikən nə əməllər etdiyiniz barədə xə­bər ve­rəcə­m və bu əməllərin əvəzini (mükafatını və ya cəzasını) verəcəm.

Oxuyucuda aç - Surəni tam oxu