Surə 31 · Cüz 21
Luqman · 31:16
يَا بُنَيَّ إِنَّهَا إِنْ تَكُ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ فَتَكُنْ فِي صَخْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي الْأَرْضِ يَأْتِ بِهَا اللَّهُ ۚ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ
16. Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.
Təfsir
Oğlum! Gördüyün yaxşı və ya pis iş bir xardal dənəsi ağırlığında olsa da, əlçatmaz bir qayanın içində, yaxud göylərdə və ya yer üzünün istənilən yerində olsa da, Allah Qiyamət günü onu üzə çıxardar və qulun etdiyi əməlin əvəzini verər. Həqiqətən, Allah Lətifdir - ən incə məsələlər belə Ondan gizli qalmaz, üstəlik, bunların nə olduğundan və harada yerləşdiyindən Xəbərdardır.