Surə 31 · Cüz 21

Luqman · 31:14

وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَىٰ وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ

14. Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-gü­nə zəiflədiyinə baxmayaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Mənə və vali­deyn­lə­ri­nə şükür et! Axır dönüş Mənədir.

Təfsir

Biz insana, Allaha qarşı edilən asilik istisna olmaqla, ata-anasına itaət etməyi və onların qayğısına qalmağı əmr etdik. Anası onu bətnində əziyyətlərə qatlanaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Biz ona dedik: "Allahın sənə verdiyi nemətlərə görə Ona şükür et, sonra da vali­deyn­lə­rin sənə tərbiyə verdiyiklərinə və sənə himayədarlıq etdiklərinə görə onlara təşəkkür et! Axır dönüş yalnız Mənədir və Mən hər kəsə layiq olanı (mükafat və ya cəza) verəcəm.

Oxuyucuda aç - Surəni tam oxu