Surə 3 · Cüz 4
Ali 'Imran · 3:119
هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ ۚ قُلْ مُوتُوا بِغَيْظِكُمْ ۗ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
119. Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz nazil olmuş kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də, iman gətirdik!”– deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.
Təfsir
Ey Möminlər! Baxın, siz onları sevib onlara xeyir istədiyiniz bir halda onlar əksinə sizə nifrət edər, sizi sevməz və sizə xeyir arzu etməzlər. Siz onların kitablarına iman etməklə yanaşı nazil olmuş kitabların hamısına inanırsınız. Amma onlar isə Allahın sizin peyğəmbərinizə nazil etdiyi kitaba inanmırlar. Onlar sizinlə rastlaşdıqda dilləri ilə: "Biz də, təsdik etdik!"– deyir, bir-birləri ilə təklikdə qalanda isə özlərinin zəllətdə sizin isə vəhdətdə olduğunuza və İslamın izzətli olmasına görə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. Ey Peyğəmbər! Onlara de: "Qəzəbinizdən ölənə qədər bu halınızda qalın!" Şübhəsiz ki, Allah kökslərdə olanlar imanı, küfürü, xeyri və şəri biləndir.