Surə 3 · Cüz 4

Ali 'Imran · 3:118

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ

118. Ey iman gətirənlər! Siz­­dən ol­mayanları özünüzə sir­daş tut­­mayın. Çünki onlar sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, si­zin sı­xıntıya düşməyinizi istə­yər­lər. Düşmənçilikləri on­ların ağızların­dan çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə daha bö­yükdür. Əgər anla­yır­sı­nız­sa, Biz ayələ­ri artıq sizə bə­yan etdik.

Təfsir

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Möminlərdən başqalarını, sirrinizi onlara bildirərək özünüzə sir­daş, dost tut­­mayın. Çünki onlar sizə zərər yetirməkdən, sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, əksinə sizə zərər verməyi və si­zi sı­xıntıya salmaqı təmənna edərlər. Artıq onların sizə qarşı bəslədikləri düşmənçilik və nifrət hissiləri, həm dininizə tənə edib, arxanızca danışmaqla həm də ki, sirrlərinizi ifşa etməklə dillərindən çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə bundan daha bö­yükdür. Ey Möminlər! Əgər Rəbbinizdən sizə nazil edilən ayələri anlayırsınızsa, artıq Biz, dünya və axirətdə sizə faydalı olan şeyləri açıq-aydın bəyan etdik.

Oxuyucuda aç - Surəni tam oxu