Surə 3 · Cüz 4

Ali 'Imran · 3:120

إِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِنْ تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا ۖ وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا ۗ إِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ

120. Sizə bir uğur nəsib ol­duqda, bu onları kədərləndirir, si­zə bir fə­la­kət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsə­niz və Allahdan qorx­sanız, on­ların hiyləsi sizə heç bir zərər ver­məz. Söz­süz ki, Allah onların et­dik­lə­rini əhatəyə almışdır.

Təfsir

Ey Möminlər! Düşmən üzərində qələbə çalmaq və ya mal-dövlətin, oğul-uşağın artması kimi sizə bir nemət nəsib ol­duqda, bu onları kədərləndirər, düşməninizə məğlub olmaq və ya mal-dövlətin, oğul-uşağın azalması kimi sizə bir fə­la­kət üz verdikdə isə, ona sevinər və sizi təhqir edərlər. Əgər siz Allahın əmrlərinə və yazdığı qədərə səbir edib, Allahın qəzəbinə düçar olmaqdan qorx­sanız, on­ların hiylə və cəfası sizə heç bir zərər ver­məz. Söz­süz ki, Allah onların et­dik­lə­ri hiyləni əhatəyə almış və onları məyus halda geri qaytaracaqdır.

Oxuyucuda aç - Surəni tam oxu