Surə 3 · Cüz 4

Ali 'Imran · 3:103

وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ

103. Hamınız Allahın ipin­dən möh­kəm yapışın və par­ça­lanma­yın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-bi­rinizə düş­mən idiniz, O, sizin qəlb­lə­ri­nizi birləş­dirdi və Onun neməti sayə­sin­də bir-birinizlə qardaş oldu­nuz. Siz odlu bir çuxurun lap kə­na­rında ikən O, sizi on­dan xilas etdi. Allah Öz ayələrini sizə be­lə­cə bəyan edir ki, bəlkə doğru yo­la yönələsiniz.

Təfsir

Ey Möminlər! Kitab və sünnədən möh­kəm yapışın və sizi par­ça­layan işlər ardınca getməyin! Allahın sizə bəxş etdiyi nemətlərini xatırlayın ki, siz İslamdan qabaq hər hansı kiçik bir səbəb üzündən bir-bi­rinizlə döyüşürdünüz. O, sizin qəlb­i­nizi düzəltdi, İslam dini ilə bir-birinə birləş­dirdi və bu dinin lütfü sayə­sin­də sizi bir-birinizlə dində bir-birinə rəhim və nəsihət edən qardaşlar etdi. Halbuki, bundan əvvəl siz etdiyiniz küfrlərə görə Cəhənnəmə daxil olmağınıza az qalmış ikən Allah sizi on­dan İslama və imana yönəltməklə xilas etdi. Allah bunu sizə bəyan etdiyi kimi, sizə dünya və axirətdə fayda verən şeyləridə be­lə­cə bəyan edir ki, bəlkə doğru yo­la yönəlib və bu yoldan möhkəm yapışasınız.

Oxuyucuda aç - Surəni tam oxu