Surə 3 · Cüz 4
Ali 'Imran · 3:102
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ
102. Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!
Təfsir
Ey Allaha iman gətirib, Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərinə tabe olaraq, qadağanlarından çəkinərək və Onun nemətlərinə şükür edərək, Rəbbinizdən Ona layiq olan tərzdə qorxun. Sizi ölüm gələnə qədər dininizdən yapışın və elə o halda da ölün!