Surə 3 · Cüz 4
Ali 'Imran · 3:104
وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
104. Qoy içinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır.
Təfsir
Ey Möminlər! Qoy sizdən Allahın sevdiyi bütün xeyirli əməllərə çağıran, şəriətin dəlalət etdiyi və ağlın yaxşı bildiyi yaxşı əməllər etməyi buyuran və şəriətin dəlalət etdiyi və ağlın pis bildiyi pis əməlləri qadağan edən bir camaat olsun. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə tam qurtuluşa nail olan kimsələrdir.