Surə 29 · Cüz 21
Al-'Ankabut · 29:47
وَكَذَٰلِكَ أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ ۚ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ ۖ وَمِنْ هَٰؤُلَاءِ مَنْ يُؤْمِنُ بِهِ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ
47. Beləcə, bu müqəddəs Kitabı sənə nazil etdik. Kitab verdiyimiz şəxslər də ona iman gətirirlər. Onların arasında Qurana iman gətirənlər var. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər.
Təfsir
Biz səndən əvvəlkilərə kitablar nazil etdiyimiz kimi, sənə də Quranı nazil etdik. Abdullah bin Səlam kimi Tövratı oxuyanlardan bəziləri öz kitablarında Muhammədin (sallallahu aleyhi və səlləm) vəsfini gördükləri üçün ona iman gətirirlər. Həmçinin, müşriklər arasında da, ona iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər. O kafirlər ki, onların işi ancaq küfr etmək və inadkarlıq göstərib, gün kimi aydın olan haqqı inkar etməkdir.