Surə 29 · Cüz 21
Al-'Ankabut · 29:46
۞ وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ ۖ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنْزِلَ إِلَيْنَا وَأُنْزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
46. İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız təkdir. Biz yalnız Ona təslim olanlarıq.”
Təfsir
Ey möminlər, yəhudilər və nəsranilərlə ən gözəl tərzdə mübahisə və onlarla ən yaxşı üslubda münaqişə edin - yəni nəsihət etməklə və açıq-aydın dəlilləri ortaya qoymaqla dəvət edin. Yalnız inadkarlıq və təkəbbürlük göstərib özlərinə zülm edən və sizə qarşı hərb elan etmiş kimsələrdən başqa. Onlar İslam dinini qəbul edənədək və ya alçalmış halda cizyə verənədək onlarla vuruşun. Yəhudilərə və nəsranilərə deyin: “Biz, Allahın Qurandan bizə nazil etdiyinə, Tövrat və İncildən sizə nazil etdiyinə iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir, Onun nə uluhiyyə tovhidində, nə rububiyyə tovhidində, nə də kamil ad və sifətlərində, heç bir şəriki yoxdur. Biz yalnız Ona təslim olanlar və yalnız Ona boyun əyənlərik.”