Surə 29 · Cüz 21

Al-'Ankabut · 29:48

وَمَا كُنْتَ تَتْلُو مِنْ قَبْلِهِ مِنْ كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ ۖ إِذًا لَارْتَابَ الْمُبْطِلُونَ

48. Sən bundan əvvəl nə bir Kitab oxu­ya bilir, nə də onu əlin­lə yaza bi­lirdin. Belə ol­say­dı, batilə uyanlar şübhəyə dü­şər­di­lər.

Təfsir

Ey Peyğəmbər, sən Qurandan əvvəl nə bir kitab oxu­ya bilir, nə də sağ əlin­lə yaza bi­lirdin. Çünki sən oxuma və yazma bilməyən ümmi bir kimsə idin. Əgər sən yazıb-oxumaq bilsəydin, cahil insanlar sənin peyğəmbər olduğuna şəkk edər və bundan istifadə edib deyərdilər ki, sən (Quranı) əvvəlki kitablardan köçürmüsən.

Oxuyucuda aç - Surəni tam oxu