Surə 28 · Cüz 20
Al-Qasas · 28:87
وَلَا يَصُدُّنَّكَ عَنْ آيَاتِ اللَّهِ بَعْدَ إِذْ أُنْزِلَتْ إِلَيْكَ ۖ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
87. Allahın ayələri sənə nazil edildikdən sonra muğayat ol ki, onlar səni bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma!
Təfsir
Uca Allahın ayələri sənə nazil edildikdən sonra diqqətli ol ki, o müşriklər səni bu ayələri oxumaqdan və onları insanlara təbliğ etməkdən döndərməsinlər. Sən insanları Uca Allaha iman etməyə, Onun vəhdaniyyətinə, şəriətinə əməl etməyə dəvət et və əsla Allahla yanaşı başqa ilahlara ibadət edən müşriklərdən olma. Əksinə, yalnız tək Allaha ibadət edən muvahhid qullarından ol!