Surə 28 · Cüz 20
Al-Qasas · 28:86
وَمَا كُنْتَ تَرْجُو أَنْ يُلْقَىٰ إِلَيْكَ الْكِتَابُ إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِلْكَافِرِينَ
86. Sən bu Kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma!
Təfsir
Ey Peyğəmbər! Sən peyğəmbər olaraq göndərilməzdən öncə Allahdan vəhy edilərək bu Quranın sənə nazil olacağına ümid etmirdin. Lakin Allahdan bir rəhmət olaraq, bu Quranın sənə nazil edilməsi hökmünü verdi. Odur ki, heç vaxt kafirlərə günah işlərdə yardımçı olma!