Surə 28 · Cüz 20

Al-Qasas · 28:85

إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَىٰ مَعَادٍ ۚ قُلْ رَبِّي أَعْلَمُ مَنْ جَاءَ بِالْهُدَىٰ وَمَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ

85. Quranı sənə nazil edib va­cib bu­yu­ran Allah qayıdaca­ğın ye­rə (Məkkəyə, yaxud Axi­rət yurduna) səni mütləq qay­ta­ra­caqdır. De: “Rəb­bim kimin hi­dayət gətirdiyini və kimin açıq-aydın az­ğın­lıq için­də ol­duğunu yaxşı bilir”.

Təfsir

Ey Peyğəmbər! Quranı sənə nazil edən, təbliğ etməsin və içindəki hökmlərə əməl etməsini fərz edən, əlbəttə ki səni, Məkkəni fəth edərək mütləq ora geri qay­ta­ra­caqdır. Ey Peyğəmbər! Müşriklərə de: "Kimin hidayətlə gəldiyini və kimin də hidayət və haqq yoldan açıq-aydın az­mış ol­duğunu Rəb­bim daha yaxşı bilir!"

Oxuyucuda aç - Surəni tam oxu