Surə 28 · Cüz 20

Al-Qasas · 28:84

مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا ۖ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى الَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ

84. Kim Qiyamət günü yaxşı əməl gə­tirsə, ona bundan daha yax­şısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq et­dik­ləri əməllərin cə­za­sı veri­lər.

Təfsir

Kim Qiyamət günü bir yaxşı əməllə - namaz qılmaq, zəkat vermək, oruc tutmaq və s. başqa ibadətlərlə - (Rəbbinin hüzuruna) gə­lərsə, o kimsəyə etdiyi yaxşılığın daha da xeyirlisi (Cənnət) verilər. Belə ki, etdiyi bir yaxşı əməlin savabı on misli qədər artırılar. Kim də Qiyamət günü pis əməllə - küfr etmək, sələm yemək, zina etmək və s. başqa günahlarla - gə­lərsə, o günahları edən kimsələrə heç nə artırılmadan yalnız et­dik­ləri əməllərin cə­za­sı veri­lər!

Oxuyucuda aç - Surəni tam oxu