Surə 28 · Cüz 20
Al-Qasas · 28:83
تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا ۚ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
83. Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir.
Təfsir
Biz bu axirət yurdunu, yer üzündə haqqa iman gətirməkdən, ona tabe olmaqdan təkəbbürlük etməyən və yer üzündə fitnə-fəsad törətmək istəməyən kimsələr üçün ikram və nemət yurdu edərik. Cənnət nemətləri və Allahın razi olduğu gözəl sonluq, Rəbbinin əmrlərini yerinə yetirib və Onun qadağalarından çəkinən təqva sahiblərinindir!