Surə 28 · Cüz 20

Al-Qasas · 28:82

وَأَصْبَحَ الَّذِينَ تَمَنَّوْا مَكَانَهُ بِالْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ ۖ لَوْلَا أَنْ مَنَّ اللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ

82. Dünən onun yerində ol­mağı ar­zulayanlar ertəsi gün de­yir­di­lər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ru­zini ar­tırar da, azaldar da. Əgər Allah bizə lütf etmə­səydi, bizi də yerə ba­tırardı. Ah, de­mək ka­fir­lər nicat tap­ma­yacaq­larmış!”

Təfsir

Qarunun yerin dibinə batırılmasından öncə onun sahib olduğu mal-dövlətə təmənna edənlər, yanılaraq və Qarunun yerin dibinə batırılmasından ibrət alaraq belə de­dilər: "Məgər biz, uca Allahın Öz qullarından istədiyi kimsənin ru­zisini ar­tırdığını və istədiyi kimsənin də, azaltdığını bilmirdikmi?! Əgər üzərimizdə Allahın lütfü olmasaydı, söylədiyimiz sözə görə bizi cəzalandırıb, Qarunu yerin dibinə batırdığı kimi bizi də yerin dibinə elə batırardı. Şübhəsiz ki, kafirlər nə dünya da, nə də ki, axirət də nicat tap­mazlar. Əksinə, onların dünya da və axirət də sonu xüsrana uğramaqdır.

Oxuyucuda aç - Surəni tam oxu