Surə 28 · Cüz 20

Al-Qasas · 28:88

وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۘ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ ۚ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

88. Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan baş­qa iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaq­. Hökm Onundur və siz Ona qayta­rılacaqsınız.

Təfsir

Allahla bərabər başqa bir məbuda ibadət etmə! Çünki Ondan baş­qa iba­dətə haqqı olan heç bir mə­bud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır­. Hökm tək Ona aiddir və O, qulları arasında istədiyi kimi hökm verər. Siz Qiyamət günü əməllərinizin hesabını vermək və əvəzini almaq üçün yalnız Onun hüzuruna qayta­rılacaqsınız!

Oxuyucuda aç - Surəni tam oxu

Al-Qasas 28:88 · Tlawati