Surə 28 · Cüz 20
Al-Qasas · 28:78
قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ عِنْدِي ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ اللَّهَ قَدْ أَهْلَكَ مِنْ قَبْلِهِ مِنَ الْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَأَكْثَرُ جَمْعًا ۚ وَلَا يُسْأَلُ عَنْ ذُنُوبِهِمُ الْمُجْرِمُونَ
78. Qarun dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).
Təfsir
Qarun belə dedi: "Bu mal-dövlət mənə, sahib olduğum bilğim (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) və gücüm sayəsində verilmişdir". Buna görə mən bütün bunlara layiqəm. Məgər Qarun, Allah ondan əvvəl özündən daha qüvvətli və daha çox var-dövlət yığmış bir çox qövmləri həlak etdiyini bilmirdimi? Lakin güc-qüvvətin və yığıb cəm etdikləri mal-dövlətlərinin onlara heç bir faydası olmadı. Uca Allah, günahkarların etdikləri günahlarından xəbərdar olduğu üçün Qiyamət günü onlardan etdikləri günahkarlar barəsində sorğu-sual etməyəcəkdir. Uca Allah onları yalnız məzəmmət və danlaq olaraq sorğu-sual edəcəkdir.