Surə 28 · Cüz 20

Al-Qasas · 28:77

وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ ۖ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا ۖ وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ

77. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünya­dakı nə­sibini də unutma. Allah sənə yaxşılıq etdiyi ki­mi, sən də baş­qa­la­rı­na yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şüb­hə­siz ki, Allah fit­nə-fəsad törədən­ləri sevmir”.

Təfsir

Allahın sənə verdiyi mal-dövləti xeyirli işlərə səfr edərək axirət yurdunun savabına can at. Yemək, içmək, geyim və s. bundan başqa olan dünya­dakı nə­sibini də unutma. Lakin bunda əsla israfçılığa və təkəbbürlüyə yol yermə. Allah səninlə gözəl bir şəkildə davrandığı ki­mi, sən də Allahın qulları ilə gözəl bir şəkildə davran. Günahlara meyil edib və Allaha ibadəti tərk edərək yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şüb­hə­siz ki, Allah yer üzündə belə fit­nə-fəsad törədən­ləri sevməz, əksinə onlara qəzəblənər!"

Oxuyucuda aç - Surəni tam oxu