Surə 28 · Cüz 20
Al-Qasas · 28:76
۞ إِنَّ قَارُونَ كَانَ مِنْ قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إِنَّ مَفَاتِحَهُ لَتَنُوءُ بِالْعُصْبَةِ أُولِي الْقُوَّةِ إِذْ قَالَ لَهُ قَوْمُهُ لَا تَفْرَحْ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَ
76. Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.
Təfsir
Qarun, Musanın - aleyhissəlam - qövmündən idi. Lakin onlara qarşı təkəbbürlük edirdi. Biz ona elə mal-dövlət xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama belə ağır gəlirdi. Bir zaman qövmü ona belə demişdir: "Təkəbbürlük edərək öyünüb sevinmə! Çünki Allah, təkəbbürlük edərək öyünüb sevinənləri sevməz. Əksinə, uca Allah belə kimsələrə qəzəblənər və onlara əzab verər!